Quba müxtəlif Avropa coğrafiyaşünaslarının əsərlərində, qədim ərəb və alban mənbələrində qeyd olunur. Özünün əlverişli və açıq ərazisi və mükəmməl infrastrukturu sayəsində Quba Azərbaycanın ən sevimli turzim istiqamətlərindən sayılır.
Quba hələ qədimdən bəri bu şəhərin rəmzinə çevrilmiş alması ilə məşhurdur. Burada 40-dan artıq növdə alma yetişdirilir. Qubanın cazibədar yaşıllıq, meşəlik və dağlıq əraziləri Qafqaz dağlarının landşaftının bir hissəsi hesab olunur.
Xınalıq kəndi Quba rayonunun ən hündür (okean səviyyəsindən 2000 metrdən artıq) və ucqar zonalarından, səyyahların ən çox getdikəri ərazilərdən biridir.
Quba gəzməli yerləri - Cümə məscidi
- Səkinə xanım məscidi
- Çuxur hamam
- Qəçrəş
- Təngəaltı vadisi
- Xınalıq kəndi