Lahıc Azərbaycanın məşhur yerlərindən biridir. Burada sənətkarlıq məmulatlarının – xüsusən, mis məmulatların istehsalı geniş vüsət alıb. Bu şəhərdə toxunan xalça-palazlar təkcə Azərbaycanda deyil, bütünlüklə Cənubi Qafqazda çox məşhurdur. Azərbaycanın İsmayıllı rayonunda yerləşən dağlıq ərazi – Lahıc qədim şəhərsalma və tərtibat sənətinin unikal məkanıdır. Hesab olunur ki, uzun illər rus çarlarının geydikıəri Monomax papağı məhz burada hazırlanıb.
Lahıc həkketmə şəkillərlə bəzədilmiş tiyələrlə və mis qablarla xüsusilə məşhurdur. Burada hazırlanmış məmulatlar Luvrda və Qərbin digər sərgi zallarında nümayiş etdirilir. Lahıcda qədim kanalizasiya strukturu mövcuddur (bəzi mütəxəssislərin fikrincə, 1000 -1500 il əvvəl salınıb). Ardıcıl zəlzələlərin baş verməsi səbəbindən yerli əhali burada aparıcı layihələndirmə sistemi yaradıb.
Misgər sənəti Lahıc ustaları tərəfindən inkişaf etdirilən əsas sənətkarlıq növlərindən biridir. Lahıc müxtəlif naxışlarla bəzədilmiş silahlarla və mis məmulatlarla məşhurdur. Burada çay daşları ilə döşənmiş bulvarda gəzmək, tarixi muzeyə və məscidə baxmaq, mağazalara baş çəkmək, misgərlik və xalçaçılıq emalatxanaları ilə tanış olmaq olar.
Lahıcın gəzməli yerləri
- Lahıc diyarşünasıq muzeyi
- Misgərlik emalatxanaları.